“Səudiyyə Ərəbistanı işğalçı Ermənistanla əlaqələr qurmaqdan imtina edir…” – SAMİR ŞƏRİFOV

Sentyabrın 23-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr çıxış edib.

Ölkəsinin Azərbaycanla əlaqələri möhkəmləndirmək kursunu gələcəkdə də davam etdirəcəyini bildirən səfir vurğulayıb ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanı sürətli inkişaf yolu keçib. Bu il milli bayram “Zirvəyədək əzmkarlıq” şüarı altında qeyd olunur.

Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk olaraq tanıyan ölkələrdən biridir. Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Əməkdaşlığın gücləndirilməsində qarşılıqlı səfərlərin mühüm rolunu vurğulayan səfir Azərbaycanın Baş Naziri Novruz Məmmədovun Krallığa səfərini, ölkəsinin Ədliyyə nazirinin Azərbaycana səfərlərini xatırladıb.

O, qeyd edib ki, bu səfərlər zamanı iki ölkənin maraqlarına uyğun saziş və memorandumlar imzalanıb.

saudi-2

Daha sonra Maliyyə naziri Samir Şərifov çıxış edərək Azərbaycan Hökumətinin və Prezidentinin Səudiyyə Ərəbistanı xalqına səmimi təbriklərini çatdırıb. Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır. Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. İndiyədək Azərbaycan ilə Krallıq arasında 20 sənəd imzalanıb və hazırda 8 sənəd üzrə danışıqlar gedir.

S.Şərifov qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir:

“Səudiyyə Ərəbistanı Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyir, işğalçı Ermənistanla əlaqələr qurmaqdan imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanının bu prinsipial mövqeyini yüksək qiymətləndirir”.

Etikxeber.az

Read Previous

AZƏRBAYCANI SÖZDƏ DƏSTƏKLƏYƏN İƏT ƏMƏLDƏ NƏ EDİR? – Mövqe

Read Next

“Ölkəmiz təhlükəsizliyə ciddi təhdid olan terrorizmin bütün formalarını qətiyyətlə pisləyir” – NAZİR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir