Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb – DEPUTAT

Millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında ona vətəndaşlar tərəfindən edilən mühüm müraciəti parlament rəhbərinin diqqətinə çatdırıb.

Etikxeber.az xəbər verir ki, millət vəkili qeyd edib ki, Azərbaycanda bir sıra xidmətlərin ASAN Xidmətə verilməsi çox yaxşıdır:

“Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Yəni ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz. Bank sistemində kiminsə səhvini axı ASAN Xidmət ödəməli deyil?! Vətəndaş neyləsin ki, devalvasiya baş verib, nəticədə o yoxsullaşıb, kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bunu qarışdırmağın mənası yoxdur”.

Etikxeber.az

Read Previous

Çingiz Qənizadə: “Hələ də televiziyalara bəzi ƏDV-lər tətbiq olunur…”

Read Next

Zahid Orucla spiker yenə qarşı-qarşıya gəldi…” Mən sənə nə deyirəm ki?!”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir