Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 10:00-a olan seçici fəallığını açıqlayıb.
Etikxeber.az-ın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10.00-a qədər respublika üzrə 670 086 nəfər səs verib, seçici fəallığı 12,57 faiz olub.
Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
***
MSK parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə 1 457 776 nəfər səs verib, seçici fəallığı 27.35 faiz olub.
***
MSK saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15.00-a qədər respublika üzrə 2 090 589 nəfər səs verib, seçici fəallığı 39.23 faiz olub.
***
MSK saat 17:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 2 389 754 nəfər səs verib, seçici fəallığı 44.84 faiz olub.
Etikxeber.az