Saatlıdakı kütləvi zəhərlənmə nədən baş verib? -AÇIQLAMA – YENİLƏNİB

Saatlıda pambıq sahəsində kimyəvi maddədən kütləvi zəhərlənmə baş verib.

Etikxeber.az  xəbər verir ki, ötən gecə hadisə ilə bağlı Bakı şəhərindən bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub.

Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Xəstələrdən 4-ü Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya göndərilib.

ambulanssss-103

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 20-dən çox insan kimyəvi maddədən zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev  isə mətbuata açıqlamasında bildirib ki, Saatlıda pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar olaraq, müvafiq qurumların da iştirakı ilə komissiya yaradılıb:

“Hazırda dəqiq diaqnoz qoyulmayıb. Ehtimal olunur ki, bu hadisə pestisid, yaxud qida zəhərlənməsindən baş verə bilər”.

Qeyd edək ki, Saatlıda pambıq tarlasında zəhərlənənlərdən 4-nün vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Etikxeber.az

Read Previous

Azərbaycan sabah “TANAP” adlı daha bir uğuruna imza atacaq – MİLLƏT VƏKİLİ

Read Next

Prezidentdən yeni təyinat…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir