Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fariz Şahverdi oğlu Şıxalıyevin doğum günüdür.
Fariz Şıxalıyevin sabah-10 dekabr 2024-cü il tarixində 37 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Sabah Şəhidin Onsuz beşinci doğum günü, mövludu qeyd olunacaq.
Etikxeber.az xəbər verir ki, əslən Şamaxının Qaravəlli kəndindən olan Fariz Şıxalıyev 1987-ci ilin 10 dekabr tarixində Rusiyanın Xabarovsk Vilayətində dünyaya gəlib.
Sonra ailəsi ilə birlikdə yenidən Azərbaycana, Şamaxı rayonuna dönüblər.
1994-2004-cü illərdə Qaravəlli kənd tam orta məktəbində oxuyub.
2006-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb.
Fariz Şıxalıyev 2011-ci ildə Silahlı Qüvvələrin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində Gizir hərbi rütbəsi altında xidmətə başlayıb.
2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarında xidmətini davam etdirib.
2016-cı ilin Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində döyüşüb.
İkinci Vətən Müharibəsi zamanı isə Füzuli,Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib.
Və Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına Şəhid olub.
Oktyabrın 29-da Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Fariz həm də ailəli olub.
Bir oğlan övladı Vətənə əmanət qalıb.
Eyni zamanda, Fariz Şıxalıyevin bibisi oğlu-20 yaşlı Yalçın Rəhimov da İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 37 yaşı mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az