Sabah 29 yaşı tamam, Cənnətdəki beşinci doğum günü olan-TƏK VƏ SUBAY OĞUL, BİLƏSUVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TURAN ƏLİYEV…

Biləsuvar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Turan Sulduz oğlu Əliyevin doğum günüdür.

Sabah-7 iyul 2025-ci il tarixində Turan Əliyevin 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı sabah səhər saatlarında Şəhidin Əsgərabad kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında məzarı ziyarət olunacac, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, sonra isə “Zirvə” şadlıq sarayında məclis düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, Turan Əliyev 1996-cı il iyulun 7-də Biləsuvar rayonunun Əsgərabad kəndində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Atasını çox erkən yaşlarında itirib.

Anası Tünzalə xanım ona, eləcə də hazırda ailəli-üç övlad anası olan bacısına-Türkana həm analıq, həm də atalıq edibə

Turan 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra, 2013-2016-cı illərdə kollecdə (texnikumda) təhsil alıb.

Kolleci bitirdikdən sonra, 2017-2018-ci illərdə isə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Əsgərlikdən sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb və 2018-ci ilin fevral ayından MAXE kimi Kiçik çavuş rütbəsində xidmətini davam etdirib.

Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən təşkil olunmuş atıcılıq kurslarında fərqləndiyinə görə Turan dəfələrlə mükafatlandırılıb.

Bir peşəkar hərbçi kimi İkici Vətən Müharibəsinə qatılıb.

Şərəfli döyüş yolu uzun çəkib, tarixi Qələbəmizədək davam edib…

Müharibənin ilk günündən son günücən döyüşlərdə iştirak edib və axırıncı dəfə isə anası Tünzalə xanımla noyabrın 25-də əlaqə saxlayıb.

Cəmi bir gün sonra, noyabrın 26-da isə Füzuli istiqamətində qəhrəmancasına Şəhid olub.

Nəşi də bir gün sonra, 27 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub.

Şəhidliyindən sonra üç medalla təltif edilib…

Ancaq anası Tünzalə xanım həm də övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Turan eyni zamanda, Əsgərabadın beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

24 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 29 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək-SƏRƏNCAM

Read Next

“Allah onu Yer üzünə sanki mərhəmət, xeyirxahlıq üçün göndərmişdi…Hər kəsə əl tutmağa, kömək etməyə çalışırdı…Cibinin son qəpiyinəcən hər kəslə bölüşürdü…”-ÜÇ QOHUMU ŞƏHİD OLAN, AİLƏNİN BEŞ ÖVLADINDAN BİRİ, GİZİR, 2005-Cİ İL ŞƏHİDİ-AĞCABƏDİLİ POLAD ƏLİYEVİN ATASI NURƏLƏM ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir