Sabah arabir yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında arabir  yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə  7-9° isti, gündüz  9-11° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan artıq 770 mm civə sütunundan, 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət   85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlinə, sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

“Heç kimdən izacə, izn almağa ehtiyacımız yoxdur” – YILDIRIM

Read Next

Nazirlikdən hava XƏBƏRDARLIĞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir