Sabah Cənnətdəki ikinci doğum günü, 23 yaşı tamam olan-HƏM XAÇMAZLI, HƏM DƏ ŞAMAXILI ANTİTERROR ŞƏHİDİ SƏBUHİ MƏHBUB OĞLU HÜSEYNOV…

Ana tərəfdən Xaçmazlı, ata tərəfdən isə Şamaxılı, Adnalılı olan Səbuhi Məhbub oğlu Hüseynovun doğum günüdür.

Səbuhi Hüseynovun sabah-27 mart 2025-ci il tarixində 23 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Cənnətdəki ikinci doğum günü ilə sabah axşam saatlarında Şəhidin Şamaxı Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar olunacaq, “Quran” oxunacaq, qısa çıxışlar ediləcək.

Məzarını ziyarətdən sonra isə Şəhidin Cənnətdəki ikinci doğum günü ilə bağlı Şamaxı məscidində məclis düzənlənəcək, adına ehsan-iftar süfrəsi açılacaq, ruhuna bir daha dualar ediləcək.

Etikxeber.az xəbər verir ki, Səbuhi Hüseynov 2002-ci ilin mart ayının 27-də Xaçmaz şəhərində dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri və evin ortancılı olub…

Bacısı Sevinc xanım bir övlad anasıdır, qardaşı Üzeyir Hüseynov isə hazırda 8-ci sinifdə oxuyur…

Səbuhi orta təhsilini 2008-2019-cu illərdə Xırdalan şəhərində yerləşən tam orta məktəbdə alıb…

Orta məktəbi bitirdikdən sonra Türkiyədəki universitetlərdən birinə qəbul olunsa da, sonradan təhsilini yarımçıq dayandırıb və 2022-ci ilin aprelində həqiqi hərbi xidmətə yollanıb…

Ağcabədi istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edib…

Hərbi xidmətinin başa çatmasına cəmi 11 gün qalmış-2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun Əsgəri kimi Antiterror əməliyyatına qatılıb…

Sentyabrın 20-də isə Xankəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Şəhidliyi xəbəri isə həmin gün saat 16:00 radələrində atasına bildirilib…

Nəşi Şamaxı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

21 yaşlı Şəhidimiz həm də subay olub…

Hazırda Xaçmaz rayonunda adını daşıyan küçə var.

Məkanı cənnətlik, məqamı Uca, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Nəşi 35 gündən sonra Əbədiyyətə uğurlanan, sabah Cənnətdəki beşinci doğum günü, 25 yaşı tamam olan-QƏBƏLƏLİ ADƏM HEYDƏROV…

Read Next

Hava dəyişkən buludlu olacaq, külək əsəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir