Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda martın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur.

Bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 11-16°, bəzi yerlərdə 18° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə 0-5°, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Qərb küləyi arabir güclənəcək. Gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, axşama doğru bəzi yerlərdə yağış yağacaq. Qərb küləyi arabir güclənəcək. Gecə 1-5°, gündüz 13-18° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, axşama doğru bəzi yerlərdə yağış yağacaq. Qərb küləyi arabir güclənəcək. Gecə 0-5, gündüz 10-15°, bəzi yerlərdə 18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 14-18, bəzi yerlərdə 21° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-14° isti olacağı proqnozlaşdırılır.

Etikxeber.az

Read Previous

“Daha çox biznes əlaqələrinə malik olmaq vacibdir” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB (3)

Read Next

Azərbaycan millisinin Almaniya yığması ilə qarşılaşması belə başa çatdı: 1-4 – YENİLƏNİB (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir