Sabah hava dəyişkən buludlu olacaq, arabir qısamüddətli yağış yağacaq

Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə,  günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu nun gecə 15-18° isti, gündüz  20-24° isti, Bakıda gecə  15-17° isti, gündüz  21-23° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 760  mm  civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz  60-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti,  gündüz 11-16° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Dəyərləndirmə Missiyasının üzvləri Milli Məclisdə də oldular

Read Next

Pilotsuz avtomobil texnologiyalarının inkişafı barədə razılıq əldə olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir