Sabah hava necə olacaq?

Noyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a verilən xəbərə görə, bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-13° isti, gündüz 15-19° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gğzlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 11-12- də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq. Noyabrın 13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Etikxeber.az

Read Previous

XİN Bolqarıstan vətəndaşının adını “arzuolunmaz şəxslər” siyahısından çıxardı

Read Next

Azərbaycandan 20 min dolların çıxarılmasının qarşısı alındı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir