Sabah hava necə-OLACAQ?

Aprelin 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a bildiirlib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz  12-15, Bakıda gecə 7-9, gündüz  13-15 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 0-3 dərəcə şaxta olacaq.

Etikxeber.az

Read Previous

İlqar Məmmədova 234, Rəsul Cəfərova 57 min manat-TƏZMİNAT ÖDƏNİLƏCƏK – ALİ MƏHKƏMƏ QƏRAR VERDİ – YENİLƏNİB

Read Next

30 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir