Sabah hava-NECƏ OLACAQ?

Azərbaycanda iyunun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20°, gündüz 24-28° isti, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 29-34° isti, dağlarda gecə 7-12°, gündüz 16-21° isti olacağı ehtimal edilir.

Etikxeber.az

Read Previous

Susuzluq faciəsi ilə bağlı Arif Hacılının açıqlamasına-MİLLƏT VƏKİLLƏRİ RAMİN MƏMMƏDOV VƏ SAHİB ALIYEVDƏN SƏRT REAKSİYA GƏLDİ

Read Next

“Müharibə bitdikdən sonra belə can almaqda davam edən düşmən öz layiqli cəzasını alacaq”-BAHAR MURADOVA ŞƏHİD JURNALİSTLƏRDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir