Sabah hava necə-OLACAQ?

Avqustun 02-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Etikxeber.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 32-36° isti olacaq.

Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 02-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gündüz əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Etikxeber.az

Read Previous

“Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq”-FATMA YILDIRIM

Read Next

“Bir daha mesaj verildi ki, artıq heç bir “gizli əl” Azərbaycan-Rusiya münasibətlərinə zərbə zura, ona kölgə sala bilməz…”-MİLLƏT VƏKİLİ YAZIR – (BİRİNCİ HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir