Sabah hava necə-OLACAQ?

Martın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-17° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 10° şaxta, gündüz 2-7° isti olacaq.

Etikxeber.az

Read Previous

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Arxada qalan 30 il və yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-ABŞ münasibətləri-ELDAR İBRAHİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir