Sabah hava necə olacaq?

Dekabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hirdometeorologiya Departamentindən Etikxeber.az-a bildirilib ki, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi  mülayim gündüz cənub küləyi ilə əvəzləcək. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 80-90 %, gündüz 60-65 % təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli yağıntı olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Etikxeber.az

 

Read Previous

“Memar Əcəmi-2”-də dünya rəssamlarının rəsm əsərlərinin reproduksiyaları nümayiş etdirilir- FOTOLAR

Read Next

Həmkarları Şahverdiyevi “topa tudular”… “Bu, yaramazlıqdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir