Sabah hava-NECƏ OLACAQ?

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Sentyabrın 20-də Abşeron yarımadsında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

Etikxeber.az

Read Previous

“İslam bir qədər dəcəl, çılğın idi, Əli isə çox utancaq, çox sakitiydi…”-ŞƏHİD QARDAŞLAR-İSLAM VƏ ƏLİ ƏHMƏDOVLARIN ANASI SEVİNC XANIM – FOTOLAR

Read Next

“Oğlum Şəhid olanda əllərimi yuxarı qaldırıb Allahıma yalvardım ki, mənim qəddarlaşmağıma, xasiyyətimin sərtləşməsinə imkan verməsin…İndi daha da mülayim, daha da yumşaq xasiyyətliyəm…”-TƏK ÖVLADINI-ELMAR İBRAHİMOVU ŞƏHİD VERMİŞ VƏ TƏK-TƏHNA YAŞAYAN ÜMMÜ İBRAHİMOVA – ŞƏHİD ANASI İLƏ MARAQLANAN OLACAQMI? – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir