Sabah hava-NECƏ OLACAQ?

Aprelin 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Ayrı-ayrı yerlərdə arabir duman olacaq.

Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

Etikxeber.az

Read Previous

OGUZ ŞƏHİDLƏRİ ŞAHİN CƏFƏRLİ VƏ NAİL ABBASLI-Şəhid anası Gülər Cəfərova: “Şahinə çox ehtiyacım var…Çox darıxıram ondan ötrü, ürəyim tökülür balam üçün…”, Şəhid anası Ruhəngiz Abbasova: “Nailin hərbçi olmasını istəmirdim…Deyirdim ki, tək oğulsan, lazım deyil, getmə, burada bir iş tapıb məşğul olarsan, gözümüzün qabağında ol…” – FOTOLAR

Read Next

Ailənin iki oğlan övladından biri, nəşi bir ay 10 gündən sonra Əbədiyyətə uğurlanan, bu gün Cənnətdəki altıncı doğum günü olan-AĞDAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VÜQAR ÇƏLƏBİLİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir