Sabah intensiv yagış ağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 1-də arabir yağış yağacağı gözlənilir.

Bu haqda Etikxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.  Belə ki,  sabah paytaxt və yarımadada gecə bəzi yerlərdə intensiv yağıntı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 6-8, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Etikxeber.az

 

 

Read Previous

44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik olundu

Read Next

Deputatlar Palatasının sədri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir