“Sabah” komandası UEFA Konfrans Liqasında “Partizan” üzərində-QƏLƏBƏ QAZANDI

Bakının “Sabah” komandası avqustun 10-da UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Serbiyanın “Partizan” komandasını qəbul edib.

Etikxeber.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüşdə “Sabah” 2:0 hesabı ilə qalib gəlib.

Gürcüstanlı referi Giorgi Kruaşvilinin idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb. Matçın ikinci hissəsində daha gərgin idman mübarizəsi yaşanıb. Bu hissədə daha inamlı oyun göstərən bakılılar 69-cu dəqiqədə hesabı açmaq üçün gözəl şans əldə ediblər. Lakin Aleksey İsayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bu epizoddan 1 dəqiqə sonra “Sabah” istəyinə çatıb.

Boyan Letiçin cərimə meydançasının kənarından vurduğu baxımlı zərbədən sonra top qapı tirinə toxunaraq tora daxil olub. – 1:0. Bu qoldan dörd dəqiqə sonra – 74-cü dəqiqədə B.Letiç Aleksey İsayevin ötürməsini qolla tamamlayaraq dublunu rəsmiləşdirib – 2:0.

Qalan dəqiqələrdə hesab dəyişməyib və görüş “Sabah”ın qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda keçiriləcək.

Etikxeber.az

Read Previous

Keçmiş və indiki bələdiyyə sədrlərinə cinayət işi açıldı-SABİRABADDA

Read Next

UEFA Avropa Liqası: “Qarabağ” Finlandiyanın “HİK” komandasını 2:1 hesabı ilə-MƏĞLUB ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir