Sabah millət vəkilləri hansı sənədləri müzakirə edəcəklər? – SİYAHI

Sabah (oktyabrın 5-də) Milli Məclisin (MM) 2018-ci il payız sessiyasının ikinci plenar iclası keçiriləcək.

Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, iclasda ilkin olaraq 17 məsələnin müzakirəsi nəzərdə tutulur.

Yəni, millət vəkilləri Mülki Prosessual Məcəlləsində,Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə ( hamısı birinci oxunuş) baxacaqlar. Qeyd edək ki, Mülki Məcəlləyə dəyişikliklər 3, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər isə 2 ayrı-ayrı qanun layihələrində nəzərdə tutulur. Bununla yanaşı, “Banklar haqqında” (birinci oxunuş), “İpoteka haqqında” (birinci oxunuş), “Lotereyalar haqqında” (birinci oxunuş), “İnzibati icraat haqqında” (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” (birinci oxunuş), “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” (birinci oxunuş), “Pasportlar haqqında” (birinci oxunuş), həmçinin, “Bələdiyyələrin statusu haqqında” (birinci oxunuş) və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” (birinci oxunuş) qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirələrdən keçiriləcək.

Qeyd edək ki, iclasın gündəliyinə daxil edilən məsələlərin artırılması da gözlənilir.

meclis-4

Həmçinin, qeyd edək ki, ən mühüm dəyişikliklər “Lotereyalar haqqında” qanunda gözlənilir. Belə ki, yeni dəyişikliklərdə qeyd olunur ki, (4.9) lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılmış tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanın müraciət edə bilər.

Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanın daxil olduğu gün qeydiyyata qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazə verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.

Lotereyaların şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina barədə qərar lotereya təşkilatçısına təqdim edilir və sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

Bununla yanaşı, Tiraj komissiyasının üzvlərinin sayı azaldılır.

Yəni, komissiya üzvlərinin sayı 5 nəfərdən 3 nəfərə endirilir.

Etikxeber.az

Read Previous

Övladlarını məktəblərdən götürməyə gələn anaların hicab geyinmələri qadağan oluna bilər…

Read Next

BƏƏ vətəndaşı Azərbaycan tərəfindən bağışlandı – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir