Sabah parlamentdə büdcə müzakirələri başlayır – EYYUBOV DA İŞTİRAK EDƏCƏKMİ?

Sabah, noyabrın 12-də Milli Məclisin (MM) plenar iclasında 2020-ci ilin büdcə zərfinin müzakirəsinə başlanılacaq.

Etikxeber.az-ın xəbərinə görə, büdcə zərfi  12-14-ü tarixlərində müzakirə olunacaq.

Büdcə zərfinin müzakirələrinə millət vəkilləri ilə yanaşı yeni Baş nazir Əli Əsədov və hökumət üzvləri də qatılacaqlar.

Konkret olaraq,  vitse-premyerlər Əli Əhmədovla Şahin Mustafayev, iqtisadi sektora aid olan nazirliklərin, dövlət komitələrinin, dövləti şirkətlərinin, ASC-lərin rəhbərləri büdcə müzakirələrində iştirak edəcəklər.

ali asad

budca-mm-2

ziyadddddd-1

İclası spiker Oqtay Əsədov açaraq, qısa şəkildə büdcə zərfi ilə bağlı fikirlərini bildirəcək.

Sonra söz büdcə zərfi barədə geniş məlumat və rəy vermək üçün Maliyyə naziri Samir Şərifova, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəyə və Hesablama Palatasının sədri Vüqar Gülməmmədova veriləcək.

Qeyd edək ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək.

İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq.

2020-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat və ya 4,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni, 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır.

Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur.

Yuxarıda adları çəkilən şəxsləri  çıxışları və rəyindən sonra büdcə zərfi ətrafında müzakirələrə başlanılacaq.

Büdcə ilə bağlı müzakirələr ayın 14-də dayandırılacaq və müzakirələr zamanı səsləndirilən irad – təkliflərə baxılması üçün hökumətə 10 gün vaxt veriləcək.

10 gündən sonra büdcə zərfi parlamentin növbəti plenar iclasında səsverməyə çıxarılacaq.

Səsvermədən öncə büdcənin son variantı ilə bağlı S. Şərifovun qısa məlumatı dinləniləcək.

Sonra sənəd səsverməyə çıxarılacaq və qəbul edilərək, imzalanması üçün ölkə Prezidentinə göndəriləcək.

yaqubbbbbbb

Onu da qeyd edək ki, Baş nazirin birinci müavini-74 yaşlı Yaqub Eyyubovun büdcə zərfinin müzakirələrinə qatılıb-qatılmayacağlı hələlik tam məlum deyil.

Onun yaşı ilə bağlı yaxın zamanlarda istefaya gedəcəyi söylənilir.

Xatırladaq ki, bir müddət öncə Bakıda keçirilən Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünə qatılan dövlət və hökumət başçılarının qarşılanması və yola salınması məsarisimlərinin heç birində birinci vitse-premyer iştirak etməyib.

Hansı ki, qarşılanma və yolasalma mərasimlərində bu günə qədər daha çox Y. Eyyubov iştirak edib…

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

Xose Bernardo bıçaqlandı və EVƏ BURAXILDI… – YENİLƏNİB

Read Next

Türkiyədə 11 milyon ağac, həmçinin – “SABUN” AĞACI ƏKİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir