Sabah Prezidentin 55 yaşı tamam olur – FOTOLAR

Sabah ölkə Prezidenti İlham Heydər oğlu Əliyevin növbəti doğum günü-yubileyidir.

Etikxeber.az xəbər verir ki, dekabrın 24-də dövlət başçısının 55 yaşı tamam olur və qeyd edək ki, artıq dünəndən etibarən dünya dövlətlərinin dövlət və hökumət başçıları tərəfindən İ. Əliyevə ünvanlanmış təbrik məktubları gəlir.

Qeyd edək ki, İ. Əliyev 1961-ci il dekabrın 24-də Bakı  şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2008-ci ildə yenidən prezident seçilib. 2013-cü ildə üçüncü müddətə prezident seçilib və hazırda prezident vəzifəsini icra edir.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Ailəlidir. Üç övladı, dörd nəvəsi var.

***

Mükafatları

28.04.2005 — Flag of Azerbaijan.svg “Heydər Əliyev” ordeni

Flag of Saudi Arabia.svg “Kral Əbdüləziz” ordeni;

Flag of Georgia.svg “Şərəf” ordeni;

Flag of Kuwait.svg “Mübarək əl-Kəbir” ordeni;

Flag of France.svg “Üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsi;

Flag of Bulgaria.svg Bolqarıstan Respublikasının ali mükafatı – “Stara Planina” ordeni;

Flag of Belarus.svg Belarus Respublikasının Dostluq ordeni;

Flag of Turkey.svg Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı;

Flag of Romania.svg “İlin adamı” – 2010-cu ilin noyabr ayında Buxarest şəhərində Rumıniyanın “Balcanii şi Europa” (“Balkanlar və Avropa”) jurnalı tərəfindən təqdim edilib;

Flag of Greece.svg Yunanıstan parlamentinin Qızıl medalı;

Flag of Azerbaijan.svg “Şeyxülislam” ordeni;

Flag of Russia.svg Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni;

“Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası);

FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni;

Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı;

Flag of the CIS.svg MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”;

Flag of the CIS.svg “Birlik” ordeni;

Flag of Tajikistan.svg “İsmoili Somoni” ordeni.

Flag of Belarus.svg “Xalqlar dostluğu” ordeni

Flag of Turkey.svg Birinci Dərəcəli Türkiyə Respublikası Dövlət Ordeni (2013) ;

Flag of Ukraine.svg Azadlıq Ordeni (2013) ;

Flag of the United Nations.svg Cənub-Cənub mükafatı (2015);

Bakı Dövlət Universitetinin Fəxri doktoru;

Flag of the United States.svg Linkoln Universitetinin Fəxri Doktoru;

Flag of Russia.svg Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru;

Flag of Kazakhstan.svg L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru;

Flag of Turkey.svg Bilkənt Universitetinin Fəxri Doktoru;

Flag of Ukraine.svg Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru;

Flag of Romania.svg Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru;

Flag of Bulgaria.svg Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru;

Flag of South Korea.svg Kyung Hee Universitetinin Fəxri Doktoru;

Flag of Jordan.svg İordaniya Universitetinin Fəxri Doktoru;

Flag of Hungary.svg Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru;

Flag of Russia.svg M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru;

Flag of Ukraine.svg Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru;

Flag of Turkmenistan.svg Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru;

Flag of Belarus.svg Belarus Dövlət Universitetinin Fəxri professoru;

Flag of Turkey.svg Türk Hava Qurumu Universitetinin Fəxri Doktoru;

***

Fəxri vətəndaşlığı – Həştərxan şəhəri

***

55-ilham-9

55-ilham-10

55-ilham-11

55-ilham-12

55-ilham-13

Etikxeber.az

 

Read Previous

FHN əhaliyə müraciət etdi

Read Next

Spikerin HDP-li müavini ifadə verdi və sərbəst buraxıldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir