“Sabah” “Qəbələ” ilə bacara bilmədi – 0:1

Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü turun daha bir oyunu keçirilib.

Etikxeber.az xəbər verir ki, “Sabah” klubu turnir cədvəlinin autsayderi “Qəbələ”ni qəbul edib.

“Bank Respublika Arena”da keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0.

Elmar Baxşiyevin “qırmızı qaralar”ın baş məşqçisi kimi debüt etdiyi qarşılaşmanın taleyini Roman Hüseynovun 47-ci dəqiqədə vurduğu qol həll edib.

Beləliklə, ardıcıl 3 məğlubiyyətdən sonra ilk qələbəsini qazanan “Qəbələ” 7-ci pilləyə yüksəlib. Hesabında 2 xalı olan “Sabah” isə sonuncu – səkkizinci yerə enib.

Qeyd edək ki, həftənin ilk oyununda “Zirə” “Sumqayıt”ı səfərdə 2:1 hesabı ilə məğlub edib.

sabah

Tura sentyabrın 15-də-bu gün keçiriləcək “Keşlə” – “Səbail” və “Qarabağ” – “Neftçi” matçları ilə yekun vurulacaq.

Etikxeber.az

Read Previous

“Real”, “Liverpul”, “Zirə” sevinçli… – NƏTİCƏLƏR – FOTO

Read Next

“Yeməkləriniz həmişə ləzizdir…” – Birinci vitse-prezident Şamaxıdan İsmayıllıya gəldi – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir