Sabah qar yağacaq, duman olacaq, yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz   0-2° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 13-də arabir qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.

Etikxeber.az

Read Previous

Avropa Komissiyasının prezidenti növbəti müddət üçün namizədliyini irəli sürəcəkmi?

Read Next

“Raymonds Veyonis yaxın vaxtlarda Azərbaycana səfər edəcəyinə ümidvardır” – NAZİR- FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir