“Sabah separatçılara “atəşli salam” göndərmək üçün yaxşı fürsətdir…” – POLİTOLOQ

“Dağlıq Qarabağda sabah “referendum” keçiriləcək. Deməli “konstitusiyalarına” iki əsas dəyşiklik etmək istəyirlər. Birinci “dəyişikliyə” görə “prezidentlərinin” səlahiyyətləri artırılcaq. Halbuki, Ermənistan tam əks yolla gedir, orada parlamentin səlahiyyətləri artırılıb. İkinci “dəyiikliyə” görə isə, separatçılar Dağlıq Qarabağın adını “Artsax”la əvəz etmək istəyirlər”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, separatçıların bu addımı onunla bağlıdır ki, Qarabağ ifadəsi türk mənşəlidir və bütün dünya, o cümlədən Ermənistan həmin bölgəni məhz Dağlıq Qarabağ kimi adlandırır:

“Dağlıq Qarabağ adı birbaşa Azərbaycanla bağlılığın ifadəsidir və ona görə də separatçılar öz düşüncələrində bu addan qurtulmaq istəyirlər.

Bu arada, Ermənistan prezidenti deyib ki, azərbaycanlılar Xankəndidə çay içmək istəyirdilər, heç bu çayı Ağdam və Kəlbəcərdə də içə bilmirlər. Bu cür təxribatlarıyla da deyirlər ki, Azərbaycan sülh istəmir, atəşkəsi daima pozur.

Elə atəşkəsə ona görə riayət etməməliyik ki, Ağdamda, Kəlbəcərdə, Şuşada və digər işğal altındakı məntəqələrimizdə rahat çay içəcək günü yaxınlaşdıraq. Sabah separatçılara “atəşli salam” göndərmək üçün yaxşı fürsətdir”.

Etikxeber.az

Read Previous

Ərdoğan: Prezidentlik sistemi 80 milyonun gələcəyi üçündür

Read Next

Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz – ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir