TBMM-də-“İDLİB MÜZAKİRƏSİ”- 6 SAAT YARIMLIQ QAPALI İCLAS BAŞA ÇATDI – YENİLƏNİB – (1)

Sabah, martın 3-də Türkiyə Böyük Millət Məclisində (TBMM) “qapalı oturum”-qapalı iclas keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclas son günlər İdlibdə baş verənlərlə bağlı keçiriləcək.

İclas Türkiyə saatı ilə 15:00-da olacaq.

İclasda hökumət və hakim AKP adından Milli müdafiə naziri Hulusi Akar və Xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat-hesabat verəcək.

Həmçinin, Türkiyənin vitse-prezidenti Fuad Oqtay TBMM-dəki partiyaların nümayəndə heyətləri ilə görüşəcək və onları bilgiləndirəcək.

Qapalı iclasın steneoqramları xüsusi steneoqrafçılar tərəfindən yazılacaq və o, 10 il ərzində yayımlanmayacaq.

***

TBMM-də qapalı “İdlib müzakirəsi” başlayıb.

***

Yerli vaxtla saat 15:00-da başlayan iclas 6 saat yarım çəkib.

Nazirlərdən H. Akar və M. Cavuşoğlu iclasda Türkiyə Silahlı Qüvvələrinin (TSQ) “Bahar qalxanı” əməliyyatı və İdlibdə baş verən son hadisələr haqqında parlamenti məlumatlandırıblar. 

Onu da qeyd edək ki, media mənsubları iclas zalından çıxarılıblar.

Etikxeber.az

Read Previous

Türkiyə Ordusu daha 1 şəhid verib-EYNİ ZAMANDA, 299 ƏSƏD SİLAHLISI MƏHV EDİLİB

Read Next

İlham Əliyev Goranboyda, Şəmkirdə, Qazaxda-AÇILIŞLARDA OLDU, SƏRƏNCAMLAR İMZALADI – FOTOLAR -YENİLƏNİB – (13)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir