Sabah yağış və qar-YAĞACAQMI?

Oktyabrın 03-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir.

Axşam bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq

. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacaq.

Oktyabrın 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Etikxeber.az

Read Previous

DTX Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşını-HƏBS ETDİ

Read Next

“Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik…”-İLHAM ƏLİYEV – FOTO – (MÜSAHİBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir