Milli Məclisin (MM) parlamentlərarası üç işçi qrupuna rəhbər seçiləcək.
Etikxeber.az-ın Modern.az-a istinadən məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” MM-in qərarına dəyişiklik təklif edilir.
Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi irəli sürülüb.
MM-in parlamentlərarası üç işçi qrupuna rəhbərlərin seçilməsi məsələsi parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Etikxeber.az