Sabihə Qafarova Azərbaycan-Çexiya Dostluq Qrupunun rəhbəri olacaq…

Milli Məclisin (MM) parlamentlərarası üç işçi qrupuna rəhbər seçiləcək.

Etikxeber.az-ın Modern.az-a istinadən məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” MM-in qərarına dəyişiklik təklif edilir.

SAHIBA-YENI

Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın  namizədliyi irəli sürülüb.

MM-in parlamentlərarası üç işçi qrupuna rəhbərlərin seçilməsi məsələsi  parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Etikxeber.az

 

 

Read Previous

Seçicilərin problemlərini MM-də qaldıracaq – DEPUTAT DAHA NƏ DEDİ? – FOTOLAR

Read Next

Abşeronda məcburi köçkünlər üçün salınmış kompleks istifadəyə verildi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir