Əli Əsədov baş nazirliyə təsdiqləndi – 105 SƏSLƏ – YENİLƏNİB – (1)

Milli Məclisin (MM) ikinci plenar iclası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.

İclasda öncə yeni baş nazir Əli Əsədovun təsdiqlənməsi məsələsinə baxılır.

***

Spiker Oqtay Əsədov baş nazir  Novruz Məmmədovun vəzifədən getməklə bağlı ölkə prezidenti İlham Əliyevə müraciət etdiyini bildirib.

Spiker eyni zamanda, N. Məmmədovun ötən dövr ərzindəki fəaliyyətini müsbət dəyərləndirib.

O. Əsədov sonra ölkə prezidentinin Ə. Əsədovun baş nazirliyə təsdiqlənməsinə razılığın verilməsi ilə bağlı MM-ə müraciətinin daxil olduğunu bildirib.

MM-in sədri Ə. Əsədovun hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü olduğunu, həmçinin, onun bir zamanlar millət vəkili kimi  parlamentdə fəaliyyət göstərdiyini xatırladıb.

Hazırda müzakirələr gedir.

Millət vəkillərindən Siyavuş Novruzov, Vahid Əhmədov Hikmət Babaoğlu fikirlərini açıqlayıblar, prezidentin təqdimatının uğurlu olduğunu söyləyiblər.

V. Əhmədov deyib ki, Ə. Əsədovun Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəyinə inanır:

“Biz komitələrdə, parlamentdə müzakirələr zamanı təkliflər veririk. Baş Nazirdən xahiş edirəm ki, millət vəkillərinin təkliflərinə diqqət yetirilsin. İkincisi, Prezident İlham Əliyev son illər iqtisadi inkişafla bağlı ciddi addımlar atır. Prezidentin hədəflərindən biri iqtisadiyyatın inkişafının neft deyil, qeyri-neft sektorunun inkişafından asılı olmasına çalışır. Qeyri-neft sektorunda müəyyən inkişaf olsa da, bu, yetərli deyil. Mən Baş Nazir kimi sizdən qeyri-neft sektorunun, sənayenin inkişafına diqqət yetirməyi xahiş edirəm. Üçüncüsü, Hesablama Palatası büdcə layihələrinə ciddi iradları olur, o iradlara və millət vəkillərinin təkliflərinə diqqətlə yanaşmağı xahiş edirəm. Digər tərəfdən, büdcə layihəsi həcdə çox böyük olur, məncə 100 səhifəlik layihə kifayətdir”.  

H. Babaoğlu Ə. Əsədovun onun müəllimi olduğunu, pedaqoq kimi davranmağı bacardığını, səmimiyyətə üstünlük verdiyini diqqətə çatdırıb.

***

Sonra millət vəkili Fəzail Ağamalı çıxış edib.

Onun çıxışından sonra Ə. Əsədovun namizədliyinə razılıq verilməsi məsələsi səsə qoyulub.

İclasda iştirak edən 105 deputat yeni baş nazirin namizədliyinin təsdiqlənməsinə səs verib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Novruz Məmmədov gedir – ƏLİ ƏSƏDOV GƏLİR

Read Next

“Kişilər yoxdur ki…” – AYTƏN MUSTAFAYEVA SƏRT DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir