Sabiq deputatdan komitə sədrinə etiraz: “İnsanların hissləri ilə oynamaq olmaz”

“ Ta qədimdən bu günədək Azərbaycanda türklər yaşayıb”

“Bu, sadəcə, açıqlama deyil, bu, bütöv bir milləti təhqir etməkdir. Şəxsən mən bu açıqlamadan sonra özümü təhqir olunmuş hesab edirəm. Mənim milli kimliyimi – atamın, babamın, nəslimin, kökümün, əslimin mənsubiyyətini nə Arif Rəhimzadə, nə də onun kimi Azərbaycanın dövlət müstəqiliyinin əlehinə çıxmış heç bir insan təyin edə bilməz”.

gultekin-hacibeyli-did

Etikxeber.az xəbər verir ki, bu haqda Gununsesi.info-ya Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin Rusiya mətbuatında azərbaycanlıların türk olmaması ilə bağlı səsləndirdiyi fikrinə münasibət bildirərkən sabiq millət vəkili Gültəkin Hacıbəyli  deyib.

G. Hacıbəyli qeyd edib ki, “Azərbaycan xalqı” geniş anlayışdır:

“Azərbaycan xalqı” dedikdə biz Azərbaycanda yaşayan bütün etnik qurupların təmsilçilərini bura aid edirik. Hamımız azərbaycanlıyıq. Azərbaycanda yaşayan türklər də, talışlar da, ləzgilər də, tatlar da, kürtlər də, avarlar da daxil olmaqla, ümumilikdə Azərbaycan xalqıyıq. Amma millət olaraq, millətimizin adı Türkdür. Əgər kiminsə öz etnik kökü ilə bağlı şübhələri, narahatlığı varsa, bunu bütün xalqa aid etməsin.

Ta qədimdən bu günədək Azərbaycanda türklər yaşayıb. Tarixi qaynaqlar birmənalı olaraq bunu sübuta yetirib. Danşdığımız dil türk dili, tariximiz və mədəniyyətimiz türk mədəniyyətidir. Ümumiyyətlə, bu milli məsələ o qədər həssas və müqəddəs bir mövzudur ki, bu mövzuya müdaxilə edib insanların hissləri ilə oynamaq düzgün deyil…

arif-rahimzade

Heç kim mənim ata-babadan gələn milli mənsubiyyətimə kölgə sala bilməz. Bunu geniş anlamda millətim haqqında deyirəm. Təəssüflər olsun ki, bu gün millət vəkili adını daşıyan bəzi insanlar bu dərəcədə rüsvayçı səhvlərə yol verirlər. İnsanların hissləri ilə oynayırlar.

Mən bunu, sadəcə, Azərbaycanda yaşayan milyonlarla türkə qarşı təhqir hesab edirəm”-, deyə o bildirib.

Xatırladaq ki, A. Rəhimzadə “KM.ru” rus xəbər portalına qalmaqallı müsahibə verib. Bildirib ki, azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır.

gultekin-5

Etikxeber.az

Read Previous

Maliyyə Monitorinqi Xidməti 4 nəfərin adını “qara siyahı”ya saldı

Read Next

Martın 3-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir