“Axır ki, bir xoş xəbər aldıq. Fransada keçirilən prezident seçkilərinin birinci turunda Emmanuel Makron öndədir. Marin Lö Pen ondan geri qalır. Xatırladım ki, Lö Pen iki gün öncə, prezident seçiləcəyi halda Qarabağın Ermənistana birləşdirilməsinə çalışacağını demişdi”.
Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli öz “Facebook” statusunda yazıb.
O, yazıb ki, mayın 7-si keçiriləcək ikinci turda Makronun Lö Penə qarşı qələbə şansı çox yüksək- 65\35 olaraq göstərilir.
“Makronun qələbəsi Avropa Birliyinin möhkəmlənməsi istiqamətində mühüm addımdır.
Bu qələbə Böyük Britaniyada iyunun 8-də keçiriləcək növbədənkənar seçkilərdə Leyboristlərin qələbəsinə, nəticədə, yeni referenduma və dumanlı Albionun AB-yə dönüşünə yol aça bilər”-deyə, o, sonra yazıb.
Etikxeber.az