Sabiq deputatın-PA-DAKI POSTU LƏĞV OLUNDU, ŞAHİN ƏLİYEVİN ŞÖBƏSİ İKİYƏ BÖLÜNDÜ, YENİ ŞÖBƏ YARADILDI…

Azərbaycan Respublikası Prezidentinin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri postu ləğv edilib.

Etikxeber.az-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının (PA)  yeni strukturu barədə Sərəncamında əksini tapıb.

Qeyd edək ki, Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri. sabiq millət vəkili Azər Əmiraslanov olub.

Həmçinin, PA-da Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi əsasında iki yeni şöbə yaradılıb.

Bu şöbənin əsasında Hüquqi ekspertiza şöbəsi və Qanunvericilik və hüquqi siyasət şöbəsi yaradılıb.

Hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev təyin edilib.

Qanunvericilik və hüquqi siyasət şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.

Eyni zamanda, PA-da yeni şöbə yaradılıb.

Sərəncama əsasən, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi yaradılıb.

Şöbə müdiri postuna təyinat olmayıb.

Etikxeber.az

 

Read Previous

Prezidentin köməkçilərinin sayı-8-DƏN 9-A QALDIRILDI

Read Next

Müxalifət seçkilərlə bağlı nə qərar verəcək?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir