Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tovuz rayon sakini Firudin Ələkbərlinin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
Etikxeber.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuataaaçıqlamasında deyib.
E.Sultanov bildirib ki, iş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Tovuz məhkəməsinin keçmiş sədri Firudin Ələkbərlini rayonda fəaliyyət göstərən “Su səsi” adlı restoranın sahibi Əli Şəmiyev güllə ilə vurub öldürüb.
Xatırladaq ki, Əli Şəmiyev Tovuzun sabiq icra başçısı Tofiq Zeynalovun qudasıdır.

Etikxeber.az





