Sabiq MTN generalının məhkəməsində ziyana görə 315 min dollar və 300 min manatlıq-MÜLKİ İDDİ QALDIRILDI…

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Etikxeber.az  xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Nizami Şirinovun anket məlumatları dəqiqləşdirilən zaman 5 ildir təqaüddə olduğu məlum olub.

Daha sonra prosesdə zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkənlərdən Rahib Ağayevin uzun müddət general Yaşar Aydəmirovun sürücüsü olduğu və hazırda işləmədiyi bildirilib.

Zərərçəkən şəxslərdən Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı maddi ziyana görə 315 min dollar, mənəvi ziyana görə isə 300 min manat mülki iddia qaldırıb.

Prosesdə Nizami Şirinovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edilib.

Hakimlər kollegiyası tərəfindən vəsatət təmin edilməyib.

M. Yusifovun verdiyi mülki iddia məhkəmə icraatına qəbul edilib.

Məhkəmə baxışı oktybrın 7-nə təyin edilib(APA).

Etikxeber.az

Read Previous

“Pərviz çox sakit, çox mehriban, həm də çox Cəsur və əsl Vətənpərvər idi…”-ŞƏHİD PƏRVİZ BALABƏYOVUN XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI OLDU, ONUN QISA, LAKİN ŞƏRƏFLİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN BƏHS EDİLDİ… – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Daha 1178 yeni yoluxma-DAHA 24 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir