Sabiq nazir Fəzail Ağamalının müavini oldu…

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Fikrət Hüseyn oğlu Yusifovu sədrin sosial-iqtisadi məsələlər üzrə müavini təyin edib.

Etikxeber.az xəbər verir ki,  Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də ziyalı ailəsində anadan olub.

1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbi, 1978-ci ildə Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnustutunu fərqlənmə diplomu ilə bitirib və təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilib, hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirib.

Nazirliyin büdcə idarəsində baş iqtisadçı, şöbə müdiri vəzifəsində çalışıb. 1987-ci ildə Moskva şəhərində “Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

1988-ci ildən – 1992-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlayıb, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib, Maliyyə-iqtisad fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

1992-1994-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, 1994-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində işləyib.

2001-ci ildə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə edib və 2004-2013-cü illərdə həmin universitetdə professor vəzifəsində çalışıb.

2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi əmək fəaliyyətini davam etdirir.

2014-cü ildə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyini təsis edib və onun sədri seçilib.

Altmışdan artıq elmi əsərin və dərsliklərin müəllifidir. Ailəlidir, dörd övladı var.

Etikxeber.az

 

Read Previous

Premyer Liqanın 13-cü turuna start veriləcək – BU GÜN

Read Next

Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək – MSK SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir