Sabiq prezident martın 15-dək həbsdə qalacaq…

Bişkek şəhər məhkəməsi Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbsdə qalma müddətini martın 15-dək uzadıb.

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda jurnalistlərə sabiq Prezidentin vəkili Zamir Jooşev deyib.

Qeyd edək  ki, A.Atambayev dövlət çevrilişi, adam öldürmə, korrupsiya, kütləvi iğtişaşlar törətmək, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahələrini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.

Xatırladırıq ki, ötən il avqustun 7-8-də sabiq prezidentin həbs edilməsi ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən 136 nəfər xəsarət alıb, bir nəfər xüsusi təyinatlı ölüb. Almazbek Atambayev avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılır.

Xatırladırıq ki, A. Atambayev 2011-2017-ci illərdə Qırğızıstanın Prezidenti olub.

Etikxeber.az

Read Previous

Sabiq nazirin oğlu-DTX ƏMƏKDAŞI DEPUTATLIĞA NAMİZƏD OLDU

Read Next

Zahid Oruc, Çingiz Qənizadə və Şahin İsmaylıovun müxalifətçi rəqibləri kimlərdir? – ADLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir