Sabiq vitse-spiker 1-ci dərəcəli “Vətənə xidmətə görə” , Prezidentin köməkçisi isə “Şöhrət ordeni ilə-TƏLTİF OLUNDU – YENİLƏNİB

Prezident İlham Əliyev sabiq vitse-spiker Valeh Ələsgərovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

***

İlham Əliyev həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Abış oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin.

Etikxeber.az

Read Previous

“Azərbaycana qarşı hər hansı addımlar olarsa, buna cavab verəcəyik”-CEYHUN BAYRAMOVDAN ERMƏNİSTANA XƏBƏRDARLIQ

Read Next

Sahibə Qafarova Parlament Sədrlərinin Avropa Konfransında-İŞTİRAK EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir