Sabir Rüstəmxanlı da seçkilərə gedir – VHP RAFAEL HÜSEYNOVLA FƏZAİL İBRAHİMLİNİ DƏSTƏKLƏYƏCƏKMİ?

Dekabr ayının 9-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurasının iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, iclasda növbədənkənar parlament seçkiləri müzakirə edilib.

VHP sədri Sabir Rüstəmxanlı ölkədəki ictimai-siyasi vəziyyət, növbədənkənar parlament seçkiləri ilə bağlı yaranmış yeni siyasi situasiya haqda geniş çıxış edib.

S.Rüstəmxanlı VHP-nin hər zaman parlamentdə təmsil olunduğunu və partiyanın parlament fəaliyyətinin uğurlu olduğunu bildirərək qarşıdan gələn seçkilərdə də iştirakın vacibliyini diqqətə çatdırıb.

Daha sonra millət vəkili, VHP sədrinin müavini Fəzail İbrahimli çıxış edərək partiyanın parlament seçkilərində iştirakına tərafdar olduğunu bildirib.

VHP seçki qərargahının rəhbəri, mərkəzi icra aparatının rəhbəri Samir Əsədli partiyanın seçki hazırlığı, seçki ilə bağlı təqvim planını siyasi şura üzvlərinin diqqətinə çatdırıb.

VHP Siyasi Şurası partiyanın 9 fevral 2020-ci il parlament seçkilərində iştirakına qərar verib.

VHP-nin parlament seçkilərində səlahiyyətli nümayəndələrinin siyahısı və maliyyə məsələləri üzrə məsul şəxs təsdiq edilib.

Qeyd edək ki, hazırda VHP-ni 2 millət vəkili təmsil edir.

Onlardan biri akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovdur.

VHP-nin digər təmsilçisi isə professor Fəzail İbrahimlidir.

Hər iki millət vəkili 4 çağırışdır parlamentin üzvüdür.

Çox güman ki, seçkilərdə iştirak qərarı verən VHP hər iki şəxsi yenidən dəstəkləyəcək və bununla bağlı yaxın günlərdə qərarını açıqlayacaq.

Etikxeber.az

Read Previous

Vasif Talıbov da – SEÇKİ QƏRARI VERDİ…

Read Next

İkram İsrafil Muxtar Babayevin “dairəsi”ndən namizədliyini irəli sürəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir