Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır-NAZİRLƏR KABİNETİ QƏRAR VERDİ

Nazirlər  Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Etikxeber.az-ın məlumatına görə, dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycanda 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub. 

Etikxeber.az

Read Previous

“Türkiyənin dünya ölkələri arasında artan gücü digər dövlətlərin onunla hesablaşmaq zərurətini yaradır…”-MÜŞFİQ CƏFƏROV YAZIR

Read Next

“Yuxumuz əsgər yuxusu, yediyimiz əsgər yeməyi, yatağımız əsgər yatağı, evimiz kazarma, işimiz səngər həyatı, “istirahətimiz” əsgər istirahəti kimi olmalıdır”-MƏLAHƏT İBRAHİMQIZIDAN MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir