Sabirabadda yol tikintisinə 14,4 milyon manat ayrıldı- SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 7-də “Sabirabad rayonunun Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, qırx bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,4 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Etikxeber.az

Read Previous

“Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi Alxanlıda törədilmiş faciə ilə bağlı bəyanat yaydı

Read Next

Demokratik Azərbaycanı hər zaman dəstəkləyəcəyik – SEKUTA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir