Sabirabadın daha bir kəndi-ÖDƏMƏ TERMİNALI İLƏ TƏMİN OLUNDU – FOTO

Sabirabad rayonu Azadkənd (Azadkənd kənd ərazi nümayəndəliyinin əhalisi 8.000 yaxındır) sakinləri tərəfindən bir müddət öncə gərargaha müraciət daxil olmuşdu. Müraciətdə kənd ərazisində ödəmə terminallarının olmamasından narahatlıqlarını ifadə edən kənd sakinləri bu çətinliyin aradan qaldırılması üçün müvafiq addımların atılmasını xahiş etmişdirlər. Qısa müddət ərzində Kapital Bank rəhbərliyi ilə aparılan danışıqlar zamanı məsələ öz həllini tapdı.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ramin Məmmədov deyib.

Bildirib ki, nəticə olaraq 31 mart 2021-ci il tarixində qeyd olunan kənd sakinləri ödəmə terminalı ilə təmin olunublar.

“Qeyd etmək istəyirəm ki, ümumi əhalisi 5.600 olan Poladtuğay, Xankeçən və Cağırğan kəndlərinin sakinləri də bü aparatlardan istifadə edə bilərlər. Fürsətdən istifadə edərək, Kapital Bankın İdarə Heyətinin sədri cənab Rövşən Allahverdiyevə və Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru cənab Fərid Hidayətzadəyə sərgilədikləri həssaslıq, işgüzarlıq və peşakarlığa görə dərin minnətdarlığımı bildirirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Böyük zəfərə gedən yolumuzda ilk uğurlu sınağımız-5 ili tamam olan Aprel döyüşləri!”-BƏHRUZ MƏHƏRRƏMOV YAZIR

Read Next

Daha 2248 yeni yoluxma-DAHA 26 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir