Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir – MİLLƏT VƏKİLİ

Mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin dünya miqyasında böyük  nüfuzunun göstəricisidir. Tədbirlərdə  müzakirə edilən qlobal məsələlər, bəşəriyyətin ümumi inkişafına xidmət edən çağırışlar bəşəri əhəmiyyətinə görə dünyanın diqqətini Azərbaycana yönəldir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, VI Bakı Beynəlxalq Forumu ilə Azərbaycan növbəti dəfə də sivilizasiyalararası dialoqa öz töhvəsini verdi. Onun sözlərinə görə, bu forum miqyası baxımından önəmli platformadır.

FORUMMMM

“Forumda Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış etdi. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, “Müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilibdir.Ölkəmizdə sabitlik,təhlükəsizlik hökm sürür.Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir.Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir.Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı günü gündən artır”. Prezident İlham Əliyevin VI Bakı Beynəlxalq Humanitar Forumunda səsləndirdiyi bu fikirlər Azərbaycan dövlətinin apardığı, xalq tərəfindən birmənalı şəkildə dəstəklənən düzgün və ardıcıl siyasət nəticəsində Azərbaycan dünya birliyi tərəfindən etibarlı tərəfdaş və dost ölkə kimi qəbul edildiyinin təsdiqidir. Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə bəşəriyyətdə maraq doğuran geniş spektrli qlobal məsələlərə həsr olunan dialoqlarla, müzakirə və fikir mübadilələri ilə bir sıra problemlərin həll yollarını araşdırdı, dünyanı narahat edən aktual məsələlərə aydınlıq gətirməyə çalışdı. Dünyanın tanınmış siyasət, elm, mədəniyyət, təhsil xadimləri Bakıda bir araya gələrək gələcək naminə, insanlıq naminə birləşməyə çağırışlar etdilər, beynəlxalq miqyaslı tədbirin təkcə Azərbaycan üçün deyil, bütün dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Bir sözlə, dünyanın Azərbaycana toplaşmasına şərait yaradan Forum ölkəmizin və bütün mütərəqqi dünya birliyinin tarixində, habelə yeni çağırışların həlli, sivilizasiya böhranından çıxmaq yolunda şərtləndirici mərhələ olduğunu göstərdi”-deyə, deputat vurğulayıb.

Etikxeber.az

Read Previous

İlham Əliyevlə Mehriban Əliyeva Şəkidə və açılışlarda – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

“Real”-ın baş məşqçisinin istefası təsdiqləndi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir