Şabranlı İkinci Vətən Müharibəsi Şəhidi, Xüsusi Təyinatlı-XƏYAL HƏSƏNOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…25 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNACAQ, MƏRASİM DÜZƏNLƏCƏK, “BİR ÖMÜRƏ SIĞMAYAN QƏHRƏMAN” KİTABININ TƏQDİMATI OLACAQ…

Bu gün Şabran rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xəyal Əliyulla oğlu Həsənovun doğum günüdür.

Xəyal Həsənovun bu gün 25 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Surra kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Sonra Şabran rayonunda yerləşən “Ziya” şadlıq sarayında Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı tədbir düzənlənəcək, adına ehsan veriləcək.ikxe

Eyni zamanda, Şəhidin xatirəsinə həsr olunmuş “Bir ömürə sığmayan qəhrəman” kitabının təqdimat mərasimi olacaq.

Şəhidin məzarını ziyarətdə, Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə və kitab təqdimatında ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, ziyalılar, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Etikxeber.az xəbər verir ki, Xəyal Əliyulla oğlu Həsənov  1998-ci ilin 30 noyabr tarixində Şabran rayonunun Surra kəndində dünyaya gəlib.

Ailənin 3 oğlan övladından biri olub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecində təhsil alıb və kollec təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb, İkinci Vətən Müharibəsində də Xüsusi Təyinatlı olaraq iştirak edib.

Müharibənin 8-ci günündə, oktyabrın 4-də isə Füzuli rayonu istiqamətində ağır döyüşlərdən birində Şəhidlik zirvəsinə ucalıb və nəşi bir gün sonra-5 oktyabr tarixində Surra kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və 5 medalla təltif edilib.

O, həm də Surranın iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Şəhidin dayısı oğlu Murad İlqar oğlu Rəsulov da Şəhiddir.

Murad Rəsulov ötən ilin sentyabr döyüşlərində, “Qisas” əməliyyatı zamanı Şəhid olub.

Xəyal həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdək dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hacıqabullu İkinci Vətən Müharibəsi Şəhidi, ailənin yeddi övladından biri, Aprel döyüşlərinin iştirakçısı, dörd medallı-HÜSEYN ABBASOVUN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Qaraheybətdə helikopter qəzasından-2 İL KEÇDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir