Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-27 aprel 2023-cü il tarixində Ağdamlı Şəhid qardaşlar-Aslanov qardaşlarına həsr olunmuş tədbir düzənlənib.
Birinci Qarabağ Savaşı Şəhid olan Aslanov qardaşlarına-Xəqani, Hasil və Vidadi Aslanovlara həsr olunmuş tədbir saat 12:00-da Sabunçu Gənclər Evində baş tutub.
Etikxeber.az-ın xəbərinə görə, hər zaman Şəhid ailələrinin və Qazilərin yanında olan Masallılı Qazi övladı Ravin Həsənovun təşkilatçılığı ilə baş tutan tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhid qardaşlara həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra çıxışlar edilib.
Çıxışlarda Şəhid qardaşların şərəfli həyat və döyüş yollarından, İgidlikləri və Qəhrəmanlıqlarından bəhs olunub.
Şəhid qardaşların ailələrinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.
Şəhid Aslanov qardaşlarının ailə üzvləri də öz növbəsində tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə həmçinin, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər, mahnılar, İlahilər səsləndirilib.
İki saata yaxın davam edən tədbirdə Şəhid Aslanov qardaşlarının ailə üzvləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, iki doğması İkinci Vətən Müharibəsi iştirakçısı olan Əməkdar artist Nuriyyə Nüseynova, ziyalılar, QHT təmsilçiləri, Gənclər Evinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Şəhid qardaşlardan Xəqani Aslanov 1955-ci ilin avqustun 18-də Ağdamın Şelli kəndində, sadə bir ailədə dünyaya gəlib.
O, Qarabağ Savaşına, Vətənin müdafiəsinə könüllü qoşulan Vətən sevdalılarından biri olub.
1992-c ilin 26 fevral tarixində isə soyqırımına məruz qalan Xocalıda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi (bədənin yarı hissəsi) doğulub boya-başa çatdığı Şelli kəndində torpağa tapşırılıb.
Digər iki Şəhid qardaş-Hasil və Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü ilin 23 iyulunda, Ağdam işğal olunduğu gün Şəhid olublar.
Hər iki qardaşın nəşi Ağdam işğal edildiyi üçün Ağcabədi rayonunda torpağa tapşırılıb.
Şəhid Xəqani Aslanov ailəli, 4 övlad, 4 oğlan atası olub.
Hasil Aslanovun iki, Vidadi Aslanovun isə üç övladı Vətənə əmanət qalıb.
14:30
***
FOTOLAR:










16:55
***


















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





