Sabunçu Gənclər Evində iki gündən sonra Cənnətdəki dördüncü doğum günü olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SALEH ƏLİYEVLƏ BAĞLI TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Bu gün-16 avqust 2024-cü il tarixində, günorta saatlarında əslən Füzulili, özü isə Bakı, Sabunçu, Zabrat doğumlu olan İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç övladından biri və subay Saleh Namiq oğlu Əliyevin 32 yaşının tamam olması, qarşıdan-iki gündən sonra gələn Cənnətdəki dördüncü doğum günü ilə bağlı tədbir düzənlənib.

Saat 14:00-da başlayan və iki saatdan çox davam edən tədbir Sabunçu Gənclər Evində baş tutub.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızının aparıcılıq etdiyi tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhidin 28 illik həyat, ömür yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra çıxışlar başlayıb.

Şəhidin valideynləri-anası Solmaz Əliyeva və atası Namiq Əliyev, o cümlədən Şəhid ailələri, Qazilər, hərbçilər və digər şəxslər çıxış ediblər.

Çıxışlarda Şəhidin İgidliyi və Qəhrəmanlığından, Vətənsevərliyindən, Azərbaycan, Qarabağ naminə fədakarlıqlarından bəhs olunub.

Eyni zamanda, çıxışlarda Saleh Əliyev də daxil olmaqla, cəmi Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu, onları-Vətən fədailərini unutmağa heç kimin haqqı olmadığı vurğulanıb.

Şəhidin valideynləri də öz növbəsində belə bir gündə onların yanında, onlara dəstək olduqları üçün hər kəsə öz minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə həmçinin, Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər və musiqilər, mahnılar səsləndirilib.

Sonda xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İstərdim ki, özünüz haqqında bir roman yazasınız”-Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deputatlığa namizəd-ZİYAD SƏMƏDZADƏNİN SEÇİCİLƏRLƏ ÜÇÜNCÜ GÖRÜŞÜNDƏ ÇIXIŞI ZAMANI BELƏ DEDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“O qədər ağıllı, savadlı, bilikli uşaq idi ki…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN BİRİ, ALİ TƏHSİLLİ HÜQUQŞÜNAS CEYHUN ŞALIYEVİN ANASI SƏDAQƏT ŞALIYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir