“Sadəcə, istəyirəm ki, Füzuli şəhərində bir Qazi kimi Haqqım olan mənzillə təmin edilim və ailəmlə orada yaşayım…”-12 İLİN HƏRBÇİSİ, ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, 9 MEDALLI, APREL DÖYÜŞLƏRİ VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI, İKİNCİ QPUP QARABAĞ ƏLİLİ, QAZİ VASİF MƏMMƏDOV – FOTOLAR

Vətəni Vətən edən, Vətən yolunda cəmi 28 yaşında sağlamlığından keçən Vətən sevdalısı Oğullarımızdan biri də Vasif Məmmədovdur…

Vətənini, doğma Qarabağını, Füzulisini ailəsindən, övladlarından üstün tutan, çəkinmədən, tərəddüd etmədən düşmənin üzərinə şığıyan, Vətəninin müdafiəsinə qalxan Vasif Cahangir oğlu…

İgid, Qəhrəman, peşəkar hərbçi, Əfsanəvi Xüsusi Təyinatlı Vasif Cahangir oğlu Məmmədov…

Özü də Qarabağlı, özü də uğrunda yaralandığı, sağlamlığından keçdiyi Füzulili olan əsl Vətən sevdalısı…

İkinci qrup müharibə-Qarabağ əlili, Qazi Vasif Məmmədov…

***

Qeyd edim ki, Vasif Məmmədov 1992-ci ilin iyun ayının 28-də Füzuli rayonunun Qaraxanbəyli kəndində-sadə bir ailədə dünyaya göz açıb…

Bir yaşında olarkən, 1993-cü ilin yayında Füzuli rayonunun, Qaraxanbəyli kəndinin murdar ermənilər tərəfindən işğalından sonra ailəsi ilə birlikdə məcburi köçkün kimi Beyləqan rayonuna köcüblər…

2000-ci illərin ortalarında isə Bakı şəhərinə köç ediblər…

Ailədə üç qardaşdırlar…

Vasif evin-ailənin ortancıl oğlu, övladıdır…

Hər iki qardaşı-ondan 2 yaş böyük və ondan 4 yaş kiçik olan qardaşı da hərbçi ailəlidir…

Hazırda qardaşları və valideynləri Bakının Xəzər rayonunun Binə qəsəbəsində yaşayırlar…

Vasif 1998-2006-ci illərdə Beyləqanda yerləşən 16 saylı orta məktəbdə oxuyub, sonra, 2006-2009-cu illərdə isə təhsilini Bakı şəhərində, Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbdə davam etdirib…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2010-cu ildə həqiqi hərbi xidmətə yollanıb…

Daxili Qoşunlarda xidmət edib…

Əsgərliyini başa vurduqdan sonra-yenidən həyatını hərb ilə bağlayıb, Daxili Qoşunların Xüsusi Təyinatlılarından olub…

2015-ci ildən isə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) fəaliyyətə başlayıb, Kiçik gizir hərbi rütbəsini daşıyıb…

2016-cı ilin Aprel döyüşlərinin, İkinci Vətən müharibəsinin və bir neçə xüsusi əməliyyatın iştirakçılarından olub…

İkinci Vətən Müharibəsinin ikinci günündə, sentyabrın 28-də Füzulidə sifətindən-üz nahiyəsindən, boynundan, sağ çiyin nahiyəsindən güllə yarası alıb, ağır yaralanıb, sifəti tanınmaz hala düşüb…

Bir aya yaxın Bakı şəhərində yerləşən Hərbi Hospitalda ağır müalicə və müayinə alıb, plastik əməliyyat keçirib…

Sonra, oktyabr ayının 24-də özünün təkidi və israrı ilə yenidən Orduya qayıdıb, döyüş yoluna davam edib…

Müharibədən, tarixi Qələbimizdən sonra da müalicə ala-ala Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətini davam etdirib, bir sıra əməliyyatlarda iştirak edib…

2022-ci ilin mayında isə səhhəti kəskinləşdiyinə görə Ordudan təxris olunub…

Həmin ilin payızında ikinci qrup əlillik (beş illik müddətinə) dərəcəsi alıb…

İkinci Vətən Müharibəsindən öncə iki medalla, İkinci Qarabağ Savaşından sonra isə yeddi medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şücaətə görə” “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…

Adı iki dəfə ordenə-“Zəfər” “Azərbaycan Bayrağı” ordenlərinə təqdim edilsə də, sonda Haqqını ala bilməyib…

Vasif həm də 2017-ci ildən ailəli, iki övlad atasıdır…

Oğlunun adı Mehdi, qızının adı isə Rüqəyyadır…

***

Vasiflə çoxdan, Şəhid məclislərindən tanış olsaq da, bu gün-5 may 2024-cü il tarixində ilk dəfə yaxından tanış oldum, onunla bir araya gəldim…

Vətən sevdalımızla, Əfsanəvi Xüsusi Təyinatlılmızla bir saata yaxın söhbətləşdim…

Ona Allahdan can sağlığı, şəfa dilədim, ailə səadəti, xoşbəxtlik arzuladım…

Onun timsalında Qazilərimizə, Vətən sevdalısı Oğullarımıza, Əfsanəvi Xüsusi Təyinatlılarımıza və Baş tacımız olan Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdik…

Gözü, könlü tox olan, dövlətdən əlahiddə heç nə ummayan Vasif hazırda ailəsi ilə birlikdə Masasır qəsəbəsində yaşayır…

Və istəyir ki, doğma Füzulisində, Füzuli şəhərində bir Qazi kimi evlə, mənzillə təmin olunsun, orada yaşasın…

Hətta bu barədə istəyini, arzusunu aylar öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmilərinə, şəxsən Aparat rəhbərinə bildirsə də, Füzuli şəhərində mənzillə təmin olunacağı barədə söz, vəd verilsə də, bugünlərdə ona adıçəkilən qurumdan “yox” cavabı verilib…

Özü də heç bir əsaslı səbəb və fakt göstərilmədən…

Vasif isə bu münasibətlə heç cür razılaşmır və Füzuli şəhərində bir Qazi kimi Haqqı olan mənzillə təmin edilməsini istəyir…

Və ümid edir ki, sonda onun istəyini nəzərə alınacaq, ona verilən söz tutulacaq, Haqqı olan məzillə təmin ediləcək…

Biz də ümid edir və inanırıq ki, belə də olacaq, Vətən sevdalısı Qazimiz qanuni Haqqını alacaq!

Allah qorusun, Allah əziyyətlərini yerdə qoymasın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

DİM bir sıra imtahanlar keçirib-BU GÜN – YENİLƏNİB

Read Next

Tək və subay övlad, 9 yaşından Gəncədə yaşayan bibisinin himayəsində böyümüş-SAMUXLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ PƏRVİZ RÜSTƏMOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir