“Sadə və səmimi…” – QƏNİRƏ PAŞAYEVA

Dəyərli ziyalı, iqtisadiyyat sahəsində yüksək səviyyəli peşəkar və alim Əli Əsədov ölkəmizin yeni Baş Naziri oldu. Əli müəllimi uzun illərdir tanıyıram. Ümummilli liderimiz Heydər Əliyevin səfərlərində tez-tez iştirak edən jurnalistlərdən biri kimi bu səfərlər çərçivəsində Əli müəllimlə dəfələrlə ölkəmizlə bağlı maraqlı söhbətlərimiz olub.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

“Millət vəkili seçildiyim dövrdən bu yana vətəndaşlarımızı maraqlandıran, narahat edən bəzi məsələlərlə bağlı nə zaman müraciət etsək diqqətlə dinləyib və həssaslıqla yanaşıb.

Əli müəllim sadə və səmimi ziyalıdır.

Cənab prezidentimizin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən önəmli işlərdə Əli müəllimə Baş Nazir kimi uğurlu fəaliyyət diləyir və təbrik edirik!”-deyə, o, sözlərinə əlavə edib.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu biz deyilik, ya da olmamalıyıq…” – XANIM MİLLƏT VƏKİLİ “ÜSYAN” ETDİ

Read Next

Əli Əsədov rəsmən – BAŞ NAZİR OLDU – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir