“Sadəcə, güclü iradə lazımdır…” – DEPUTATDAN ÇAĞIRIŞ

Gənclər arasında siqaretdən, qumardan istifadə edənlərin sayı artmaqdadır

Gənclər arasında qumar oyunları, tütün məhsullarından, spirtli içkilərdən və narkotik maddələrdən istifadə olunmasına qarşı, ona meyilliyin artmaması istiqamətində ciddi mübarizə tədbirlərini, maarifləndirmə işlərini artıqmalıyıq.

Bunu  Etikxeber.az-a açıqlamasında ixtisasca həkim olan millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili qeyd edib ki, gənclərin qumar oyunlarına aludə olmasına və bununla da öz həyatlarını məhv etmələrinə qarş mübarizəmiz bir cəmiyyət olaraq güclü olmalıdır.

O, bu istiqamətdə narahatlıq doğuran məqamlar barədə fikrini bildirərək, hazırda dünyada il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini də qeyd edib:

YENI QANIRA

“Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər”.

Şagirdlər və gənclərlə görüşdə onlara siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə dəfələrlə izahatlar apardığını qeyd edən millət vəkili bildirib ki, burada, sadəcə, güclü iradə və bunu necə edə bilməklə bağlı biliklərə yiyələnməyə cəhd etmək vacibdir.

Q. Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə, gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq:

“Ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Məktəb təhsil verməklə bərabər vətəndaş da yetişdirir və müəllimlərimizdən xahiş edirik ki, gənclər arasında zərərli vərdişlərlə bağlı mütamədi söhbətlıər aparsınlar, gənclər arasında bu zərərli vərdişlərə tutulanları gördükdə zamanında gec olmadan onlara dəstək olmağa daha da çox çalışsınlar. Müəllimlər toplumun ziyalılarıdır və bu gün sizin bu məsələlərdə də onların dəstəyinizə ehtiyac var”.

Etikxeber.az

Read Previous

İlham Əliyevdən Azərbaycan dili ilə bağlı mühüm SƏRƏNCAM

Read Next

“Bu əxlaqsız kimdirsə, həm də peşəkar əxlaqsızdır…” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir